3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Kişi həndbolçular arasında Azərbaycan çempionatının ən yaxşıları bəlli olub

Kişi həndbolçular arasında XXIX Azərbaycan çempionatında başa çatan mövsümün ən yaxşıları müəyyənləşib.

Futbolxeber.az saytının əlumatına görə, ölkə çempionu adına layiq görülən "İdman Akademiyası"nın 3 üzvü bu siyahıda yer alıb.

Rəqib qapılarından daha çox top keçirən Fəda Yusifov ən yaxşı bombardir olub. Komandanın digər üzvləri - Hüseyn Qafarov ən yaxşı qapıçı, Sabir Nəzərəliyev ən yaxşı oyunçu statusunu qazanıb.

"İdman Akademiyası"nın çalışdırıcısı, Əməkdar bədən tərbiyəsi və idman xadimi Vidadi Əliyev isə mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Avropa Həndbol Federasiyasının deleqatı İsgəndər Əsgərov çempionatın ən yaxşı nümayəndəsi, Ələkbər Ağakişiyev - Ernest Ağakişi tandemi isə ən yaxşı hakimi olub.

Qeyd edək ki, "İdman Akademiyası" çempionatın qızıl, "Dinamo" gümüş, "Məhsul" isə bürünc medallarına sahib çıxıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31