3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Uşaq Paralimpiya Kuboku keçirilib

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Uşaq Paralimpiya Kuboku keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, turnir 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Milli Paralimpiya Komitəsinin təşkilatçılığı və UNICEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Açılış mərasimindən öncə Dövlət Himni səsləndirilib. Kubokun rəsmi açılış mərasimində Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev və icraçı direktor Eldar Babayev çıxış edərək, sağlamlıq imkanları məhdud uşaqlara uğurlar arzulayıblar.

Sumqayıtdakı Paralimpiya İdman Kompleksində keçirilən yarışda 100-dən çox sağlamlıq imkanları məhdud uşaq iştirak edib. Bakıdan və ölkənin müxtəlif bölgələrindən yarışlara qatılan uşaq paralimpiyaçılar 4 idman növündə (cüdo, üzgüçülük, stolüstü tennis, pauerliftinq) öz güclərini sınayıblar.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə 2013-cü ildə Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitədə 100-dən çox sağlamlıq imkanları məhdud uşaq idmana cəlb edilib. Onlar idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıblar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31