3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Məmmədyarov yenə uduzdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, tərübəli qrossmeyster 3-cü turda hindistanlı Qukeş Dommaraku ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 31-ci gedişdə sülhə razılaşıb. Görüş heç-heçə ilə başa çatdığından armageddon oynanılıb və Azərbaycan təmsilçisi 55-ci gedişdə rəqibinə uduzub.

Bu, Şəhriyarın ardıcıl 2-ci məğlubiyyəti olub. O, 2-ci turda Fransanı təmsil edən iranəsilli Alireza Firuzca ilə bacarmayıb.

Məmmədyarov hələlik 2,5 xalla 9-cu pillədə qərarlaşıb. Digər oyunların nəticəsindən asılı olaraq, onun mövqeyi dəyişə bilər. Aktivində 4,5 xalı olan Qukeş isə 2-3-cü yerləri bölüşdürür.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31