2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

DÇ: Daha üç taekvondoçumuzun rəqibləri bəlli olub

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının üçüncü günündə daha 3 dəst medal sahibini tapacaq.

Futbolxeber.az saytının məlumatına görə, mayın 31-də keçiriləcək kişi taekvondoçular arasında 80 kq və 87 kq, qadınlarda 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançılar üçün püşkatma mərasimi olub.

Püşkə əsasən Azərbaycan millisinin üzvü Əliəskər Əliyev (80 kq) mundialda ilk görüşünü 1/16 final mərhələsi çərçivəsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibinə qarşı keçirəcək.

87 kq çəkidə dayanq üzərinə çıxacaq Taleh Süleymanov da mübarizəyə 1/16 finaldan qoşulacaq. O, debüt döyüşündə Manuel Pollet (Belçika) - Laurentiu Snakov (Rumıniya) cütünün güclüsü ilə qüvvəsini sınayacaq.

Patimat Abakarova (49 kq) da ilk mərhələdən azaddır. O, 1/16 finalda Çina Murakami (Yaponiya) - Jenna Ylonen (Finlandiya) görüşünün qalibini sınağa çəkəcək.

Qeyd edək ki, mayın 31-də döyüşlər saat 09:00-da başlayacaq. Dünya çempionatı iyunun 4-də başa çatacaq. Azərbaycanın üç idmançısı medal qazana bilməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31