2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının iştirakçıları müəyyənləşib

Bu il iyunun 7-11-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçiriləcək "Əziz Şuşa” beynəlxalq velosiped yarışının iştirakçıları müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə. veloturda dünyanın 16 ölkəsindən 18 komandanın tərkibində 100-dən çox idmançı şose velosipedinin qrup ötüşməsi növü üzrə mübarizə aparacaqlar.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı, 5 mərhələli yarışda Azərbaycan, Bolqarıstan, Rumıniya və Türkmənistan milli komandaları, həmçinin Türkiyənin “Sakarya BB Pro Team”, Niderlandın “Universe Cycling Team”, Qazaxıstanın “Vino SKO Team” və “Almaty Astana Motors”, Almaniyanın “Team Storck - Metropol Cycling” və “Saris Rouvy Sauerland Team”, Monqolustanın “Ferei Mongolia Team”, Misirin “Suez Canal Discovery”, Filippinin “NSJBI Victoria Sports Cycling Team”, Belçikanın “Bataia Brigade”, Çinin “China Glory Cycling Team”, İsveçrənin “CLN Guerciotti Pro Cycling Team”, İtaliyanın “Team Technipes Inemiliaromagna” və Ruandanın “May Stars Cycling” klubları iştirak edəcəklər.

Yarışa iyunun 7-də Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 km məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər. İdmançılar iyunun 8-də Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km, iyunun 9-da Qəbələdən Gəncə şəhərinin mərkəzinə qədər 170 km, iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km, iyunun 11-də isə Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafədə yarışacaqlar.

Nüfuzlu yarışın nəticələrinə əsasən velosipedçilər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31