2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Ulu öndərin 100 illiyinə həsr olunan Avropa Tennis Turnirinə yekun vurulub

Gənclər və İdman Nazirliyi, habelə Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Avropa Tennis Turnirinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, son olaraq 18 yaşlı tennisçilərin mübarizəsi keçirilib. Oğlanların finalında Jakaz Kozbak, qızların mübarizəsində isə Kira Batakina qələbə qazanaraq 1-ci pillənin sahibi olub.

Turnirdə Azərbaycan tennisçiləri Kənan Qasımov və İlham Baxşəliyev də mükafatçılar sırasında qərarlaşıblar.

Tennisçilərimiz bu çıxışları ilə reytinq xalları əldə ediblər. Bu xallarla idmançılarımız beynəlxalq yarışlarda iştirak hüququ qazanacaqlar.

Millimizin baş məşqçisi Yalçın Manaflı yerli idmançılarımızın çıxışını yüksək qiymətləndirib. Sayca 12-ci dəfə təşkil olunan yarışda 40-a yaxın ölkədən 300-dən artıq tennisçi mübarizə aparıb. Onlar 12, 14, 16 və 18 yaş kateqoriyasında çıxış ediblər.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31