29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Digər idman növləri

Daha bir idmançımız Afrika çempionatında medal qazandı

Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisin paytaxtı Tunisdə keçirilən 33-cü Afrika çempionatında medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, son olaraq 73 kq-da mübarizə aparan Ömər Cavadov körpücük üzərinə çıxıb.  O, birdən qaldırma hərəkətində 143, təkanla qaldırmada 167 kq çəkini ram edib və toplam 310 kq (143+167) nəticə göstərib.

Cavadov bu nəticə ilə birdən qaldırma hərəkətində 2-ci, təkanla qaldırma hərəkətində 5-ci, toplamda isə 4-cü olub.

Daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq), kişilərdən isə İsa Rüstəmov (67 kq) Afrika çempionu olub.

Xatırladaq ki, Azərbaycan millisi aprel ayında İrəvanda keçirilən Avropa çempionatında dövlət bayrağının yandırılması səbəbindən yarışı tərk edib. Ona görə də istisna hal kimi komandanın Afrika çempionatında iştirakına icazə verilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30