28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Məşhur şahmatçılar Heydər Əliyevin 100 illiyinə həsr olunan seansda iştirak ediblər

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan seans təşkil edilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Dənizkənarı Bulvarda tanınmış qrossmeysterlər eyni anda 100 lövhədə seansda iştirak edib.

Üçqat Avropa çempionu, gənclər arasında ikiqat dünya çempionu Şəhriyar Məmmədyarov, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbov, üçqat qitə çempionları Rauf Məmmədov, Qədir Hüseynov, eyni zamanda müxtəlif yaş qrupları üzrə dünya, Avropa çempionatının qalib və mükafatçıları Abdulla Qədimbəyli, Zeynəb Məmmədyarova və Gülnar Məmmədova balaca və yeniyetmə şahmatçılara qarşı mübarizə aparıb.

İki saata yaxın davam edən seansda 15 partiya heç-heçə başa çatıb, iki oyunda yeniyetmələr qələbə qazanıblar.

Tədbirin sonunda yeniyetmə idmançılara Azərbaycan Şahmat Federasiyasının xatirə hədiyyələri təqdim olunub.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan eyni anda 100 lövhədə seanslar növbəti aylarda digər regionlarda təşkil olunacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30