28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Digər idman növləri

Avarçəkənlərimiz "Prezident Kuboku-2023"ü 14 medalla başa vurublar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasında yarışlara yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan son gündə Azərbaycan idmançıları 5 medal qazanıblar

2009-2010-cu il təvəllüdlü oğlanların mübarizəsində Vacib Babayev və Nihad Rəhimov cütlüyü iki nəfərlik kayakla 200 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayıb. Sahib Əyyubzadə - Nuran Rəhimli dueti üçüncü olub.

2005-2006-cı il təvəllüdlü oğlanların 2 nəfərlik kayakla eyni məsafəyə yarışında isə Maarif Qarayev - Rüfət Rəhimov cütlüyü ikinci, Emil Allahverdiyev - Amil Süleymanov dueti üçüncü yeri tutublar.

Nəhayət, akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə Tunar Cəfərli fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2023" beynəlxalq reqatasını 14 medalla (2 qızıl, 3 gümüş, 9 bürünc) başa vurublar.

Xatırladaq ki, reqataya mayın 4-də Suqovuşanda start verilib. Yarışda 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayıb. Mükafatlandırma və bağlanış mərasimi mayın 7-də Bakıda keçiriləcək.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30