2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Karateçimiz Avropa çempionu olub

Azərbaycan karateçisi Ülvi Məmmədov Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə keçirilən 13-cü Avropa çempionatının qalibi olub.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan komandasının kapitanı, ikinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız, +84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi dörd döyüşün hamısını qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Ü.Məmmədov finala gedən yolda Rumıniya, Gürcüstan və Çex təmsilçisindən üstün olub. Finalda yerli idmançı ilə qarşılaşan Azərbaycan təmsilçisi görüşdən qalib ayrılaraq Avropa çempionu titulunu qazanıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31