2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Azərbaycanın stolüstü tennis millisi gümüş medal qazanıb

Azərbaycanın stolüstü tennis üzrə U-13 millisi “Europe youth series” turnirində gümüş medal qazanıb.
 
Futbolxeber.az saytının məlumatına görə. Avropa Stolüstü Tennis İttifaqının Xorvatiyanın Osiyek şəhərində təşkil etdiyi yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komanda 1/4 finalda Sloveniya millisini 5:1, yarımfinalda ev sahiblərini 5:0 hesabı ilə üstələyib.
 
Finalda isə Çexiya yığmasına 1:5 hesabı ilə uduzan kollektiv fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
 
Üçüncü yeri Belçika və Xorvatiya komandaları tutublar.
 
Qeyd edək ki, Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31