2 May 2024, Cümə axşamı
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Taekvondoçularımız Avropa Oyunlarına lisenziya xarakterli turnirə qatılacaqlar

Azərbaycan taekvondo millisi aprelin 8-də Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək III Avropa Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcək.
 
Futbolxeber.az saytına federasiyadan verilən məlumata görə, baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında Səyyad Dadaşov (54 kq), Xanoğlan Kərimov (63 kq), Ələsgər Əliyev (80 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) yarışda qüvvələrini sınayacaqlar.
 
Turnirdə hər çəki dərəcəsinin qalibi Krakov-2023-də iştirak hüququ qazanacaq.
 
Bu gün Rumıniyaya yollanan taekvondoçular aprelin 10-da Bakıya qayıdacaqlar.
 
Qeyd edək ki, Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında Azərbaycanın 7 taekvondoçusunun iştirakı artıq təsdiqlənib. Reytinqə əsasən, Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakov-2023-ə vəsiqə əldə ediblər. Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31