2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Digər idman növləri

Azərbaycan avarçəkəni İtaliyada qızıl medal qazandı

Akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının üzvü Diana Dımçenko daha bir beynəlxalq reqatada qızıl medal qazanıb.

Futbolxeber.az saytına Azərbaycan Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançımız bu uğura 31 mart-2 aprel tarixlərində İtaliyada təşkil edilən “Paolo d’Aloja” memorialında imza atıb.

İtaliya Avarçəkmə Federasiyasının keçmiş prezidentinin xatirəsinə həsr edilən və sayca 37-ci dəfə keçirilən beynəlxalq reqatada Diana bir nəfərlik qayıqla 2000 metr məsafəyə təsnifat mərhələsində 3-cü olub və finala vəsiqə qazanıb. Gərgin keçən final yürüşündə isə idmançımız ən yaxın izləyicisi serbiyalı Yovana Arsiki 1,05 saniyə geridə qoymaqla qızıl medala layiq görülüb.

Finişə 3-cü çatan Özbəkistan təmsilçisi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Anna Prakateni isə gümüş medaldan cəmi 1,3 saniyə ayırıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31