3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Karateçilərimizdən Avropa çempionatında 8 medal

Karateçilərimiz 22-26 mart tarixlərində İspaniyanın Qvadalahara şəhərində Avropa çempionatında 8 medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, mükafatların biri qızıl, dördü gümüş, üçü isə bürüncdür. 8 medaldan 1 qızıl, 2 gümüş və 1 bürünc medala para-karateçilər sahib olub.

Fərdi kumite yarışlarında İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) Avropa ikincisi olub. Tural Ağalarzadə (-67 kq) və Fərid Ağayev (-75 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan medal qazanan ölkəlır arasında Xorvatiya ilə 9-10-cu yerləri bölüşüb. 5 gün davam edən qitə çempionatında 48 ölkədən 468 idmançı iştirak edib.

Para-Karateçilərin Avropa çempionatında Emiliya Mitlinova birinci yeri, Eldar Əhmədov ikinci pilləni, Nihat Məmmədzadə və Ariyana Mitlinova isə üçüncü sıranı tutub. Para-karateçilərimiz medal sıralamasında ikinci olub.    

Böyüklərin növbəti Avropa çempionatı 2024-cü ildə Xorvatiyada keçiriləcək. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31