2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

İsveçrə də boykota qoşuldu

Daha bir ölkə bu il keçirilən boks üzrə dünya çempionatını boykot edib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ, Kanada, Böyük Britaniya və Polşanın ardınca İsveçrə də dünya çempionatına qatılmamaq barədə qərar qəbul edib.

Dünya çempionatından imtinaya səbəb Beynəlxalq Boks Assosiasiyasının (IBA) Rusiya və Belarusiyadan olan boksçuların öz bayraqları altında yarışmalarına icazə verilməsidir.

Ötən il rusiyalı Umar Kremlyovun başçılıq etdiyi İBA Rusiya və Belarusiyadan olan boksçuların öz bayraqları altında yarışmalarına icazə verib. Bu qərar 2022-ci il oktyabrın 5-dən qüvvədədir. Təşkilat bu addımını siyasətdən kənar və müstəqil qurum olması ilə izah edib.

Xatırladaq ki, bu il kişilər arasında boks üzrə dünya çempionatı 1-14 may tarixlərində Daşkənddə keçiriləcək. Qadınların mundialına isə 15-31 mart arası Dehli ev sahibliyi edəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31