2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Vittossi dünya çempionluğunu şərh etdi

İtaliyalı biatlonçu Liza Vittossi Almaniyanın Oberhaf şəhərində keçirilən dünya çempionatında estafet yarışında qazandıqları qızıl medalı şərh edib.

Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, 28 yaşlı idmançı yarışdan öncə favorit hesab olunmadıqlarını bildirib:

“Bu, möhtəşəm nəticədi. Yarış hər nə qədər çətin keçsə də, sonda qalib ola biləcəyimizə inamımız var idi. Rəqiblərimi atışlar zamanı üstələmək istəyirdim. Çünki bilirdim ki, alman idmançı Deniz Hermann-Vik məndən sürətlidi. Çox şadam ki, atışlarımın heç biri hədəfdən yayınmadı və öz mərhələmdə ən yaxşı nəticəyə imza atdım. Yarışdan öncə biz ən yaxşı komanda hesab olunmurduq. Lakin hazırda bu, belədi. Dünya çempionatı mənim üçün ideal keçdi”.  

Qeyd edək ki, Liza Vittossinin yer aldığı qadınlardan ibarət İtaliya millisi tarixində ilk dəfə estafet yarışında dünya çempionluğunu qazanıb. Buna qədər komanda yalnız 2 dəfə, 2013 və 2015-ci illərdə bürünc medala sahib çıxmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31