2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Jaklen dördüncü dəfə dünya çempionu oldu

Almaniyanın Oberhoff şəhərində keçirilən biatlon üzrə dünya çempionatında kişilərin estafet yarışına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Antonin Qiqonn, Fabyen Klod, Emilyen Jaklen və Kenten Fiyo-Manenin yer aldığı Fransa yığması rəqiblərini qabaqlayıb. Fransızlar 1 saat 21 dəqiqə 48,8 saniyəlik nəticə ilə dünya çempionu olublar.

Gümüş medallara Norveç (-38,9 saniyə), bürünc medallara isə İsveç (-1 dəqiqə, 39,9 saniyə) sahib çıxıb.  

Fransa millisinin üzvü Emilyen Jaklen karyerası ərzində dördüncü dəfə dünya çempionu olub. O, 2 dəfə fərdi, 2 dəfə isə estafet yarışlarında planetin ən güclüsü adını qazanıb. Ümumilikdə isə onun hesabında dünya çempionatlarında 8 medal (4 bürünc) var.

Budəfəki zəfər Fiyon-Mayenin karyerası üçüncü çempionluqdu. Lakin fransız idmançı komanda yoldaşından fərqli olaraq hər 3 dünya çempionluğunu komanda yarışında əldə edib. Onun hesabında dünya çempionatlarının daha 9 medalı (4 gümüş, 5 bürünc) var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31