4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Məşhur basketbolçu həbs olundu

Bir neçə gün əvvəl “Minnesota”dan ayrılan Bron Forbs həbs olunub.

Futbolxeber.az saytının “News 4 San Antonio”ya istinadən verdiyi məlumata görə, amerikalı basketbolçu adı açıqlanmayan xanımı döydüyü üçün saxlanılıb.

Polisdən bildirilib ki, 29 yaşlı basketbolçu və qız dostu evdən kənarda olarkən mübahisə ediblər. Evə qayıtdıqdan sonra isə Forbs qızı bir neçə dəfə vurub.

Zərbələr güclü olduğundan təcili-tibbi yardım çağırılıb. Səhər 5 radələrində isə polis Forbsu La-Kanteradakı evində həbs edib. O, rəsmi olaraq fiziki təcavüzdə ittiham olunur.

Qeyd edək ki, təcrübəli basketbolçu fevralın 9-da “Minnesota”dan ayrılıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31