3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Lekler: “Ferrani”nin məqsədi çempionluqdu”

“Ferrani”nin pilotu Şarl Lekler yeni mövsüm barədə fikirlərini açıqlayıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, monakolu pilot məqsədlərinin çempionluq olduğunu qeyd edib:

“Biz artırmaq istəyirik. Ötən il irəliyə doğru böyük addım atmışdıq. Bu dəfə isə başladığımız işi davam etdirməliyik. Mövsümün sonunda çempionluğu qazanmağı hədəfləyirik. Komandanın məqsədi belədi: mümkün olduğu qədər çox yarış qazanmaq, ilk mərhələdən son mərhələyə qədər stabil çıxış etmək və titul qazanmaq”.

Qeyd edək ki, ötən il Lekler yalnız “Red Bull”lu Maks Ferstappendən geri qalaraq ikinci yeri tutmuşdu.

Əlavə edək ki, “Formula-1” üzrə 74-cü dünya çempionatı martın 5-də Bəhreyndə start götürəcək. 23 mərhələdən ibarət yarışa noyabrın 26-da Abu-Dabidə yekun vurulacaq. Dünya çempionatının 4-cü mərhələsi olan Bakı Qran Prisi isə aprelin 30-da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31