3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

“Ferrari” yeni mövsüm üçün avtomobilini təqdim etdi

“Formula-1”in iştirakçılarından olan “Ferrari” komandası yeni mövsüm üçün avtomobilini təqdim edib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu il də komandanın heyətində Şarl Lekler və Karlos Sayns yarışacaq.

“Skuderi”nin yeni idarəçisi isə Frederik Vasser olacaq. O, bu postda Mattia Binottoni əvəzləyib.

Təqdimetmə mərasimindən sonra Forano trassında pilotlar bolidin sükanı arxasına keçiblər. Canlı yayımlanan yürüş zamanı ilk olaraq Şarl Lekler yeni avtomobili sınaqdan keçirib.

Xatırladaq ki, “Formula-1” üzrə 74-cü dünya çempionatı martın 5-də Bəhreyndə start götürəcək. 23 mərhələdən ibarət yarışa noyabrın 26-da Abu-Dabidə yekun vurulacaq. Dünya çempionatının 4-cü mərhələsi olan Bakı Qran Prisi isə aprelin 30-da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31