4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Yunanıstan olimpiadanın boykot edilməsinə qarşıdır

Yunanıstanın Beynəlxalq Olimpiya Komitəsinin sədri Spiros Kapralos Parisdə keçiriləcək növbəti olimpiadanın boykot edilməsinin tərəfdarı olmadığını bildirib.  

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, Lapralos bildirib ki, idmanı siyasətə qatmaq düz deyil:

“Olimpiya Oyunları yarandığı gündən Yunanıstan bütün turnirlərdə iştirak edib. Heç vaxt hansısa boykota qoşulmamışıq və Olimpiadanın nizamnaməsinə hörmətlə yanaşırıq. İdman və olimpizm siyasətlə bir tutulmamalıdır. Olimpiya Oyunlarının boykotu ilk növbədə idmançılara mənfi təsir göstərəcək. Hansı ki, ciddi şəkildə 4 illiyin ən böyük yarışına hazırlaşaraq xəyallarını gerçəkləşdirməyi hədəfləyirlər. Odur ki, biz olimpiadanın boykot edilməsinə qarşıyıq”.

Qeyd edək ki, bəzi ölkələr Rusiya və Belarusiyadan olan idmançıların Olimpiya Oyunlarında iştirakına icazə veriləcəyi halda turniri boykot edəcəklərini bildiriblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31