4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Amerikalı boksçular ruslara görə dünya çempionatına qatılmayacaqlar

ABŞ boksçuları bu il həm kişilər, həm də qadınlar arasında keçiriləcək boks üzrə dünya çempionatına qatılmayacaqlar.

Futbolxeber.az-ın məlumatına görə, bununla bağlı açıqlama ABŞ Boks Federasiyasının saytında yer alıb.

Dünya çempionatından imtinaya səbəb Beynəlxalq Boks Assosiasiyasının (IBA) Rusiya və Belarusiyadan olan boksçuların öz bayraqları altında yarışmalarına icazə verilməsidir.

ABŞ Boks Federasiyasının rəhbəri Mayk Maketinın fikrincə, İBA-nın qərarı Beynəlxalq Olimpiya Komitəsinin sanksiyalarına zidd olmaqla yanaşı, həm də təmiz və şəffaf idman prinsiplərinin pozulmasıdır.

Xatırladaq ki, ötən il rusiyalı Umar Kremlyovun başçılıq etdiyi İBA Rusiya və Belarusiyadan olan boksçuların öz bayraqları altında yarışmalarına icazə verib. Bu qərar 2022-ci il oktyabrın 5-dən qüvvədədir. Təşkilat bu addımını siyasətdən kənar və müstəqil qurum olması ilə izah edib.

Xatırladaq ki, bu il kişilər arasında boks üzrə dünya çempionatı 1-14 may tarixlərində Daşkənddə keçiriləcək. Qadınların mundialına isə 15-31 mart arası Dehli ev sahibliyi edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31