4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

“Ferrari”nin pilotu: “2023 bizim ilimiz olacaq”

“Ferrari”nin pilotu Şarl Lekler “Formula-1”in yeni mövsümdəki çıxışı haqda danışıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, Monakodan olan avtoyürüşçü əvvəlki illərdəki səhvlərindən nəticə çıxardığını, yeni mövsümdə daha da inkişaf etməyə çalışacağını bildirib:

“Düşünürəm ki, mən hər mövsüm böyüyürəm. Yeni şeylər öyrənirəm və bu, mənə bir idmançı kimi dəyişməyə, inkişaf etməyə kömək olur. Əvvəlki mövsümlərdə müəyyən səhvlərim olub. Lakin unutmayaq ki, insan hər səhvdən sonra yeni nəsə öyrənir. Ümumi götürdükdə, yarış tərzimdə kardinal dəyişikliklə etməyə ehtiyac görmürəm”.

Lekler etiraf edib ki¸ fiziki məşqləri elə də çox sevmir:

“Təbii ki, elə günlər olur ki, sən məşq etmək istəmirsən. Bu, normaldır. Xüsusən də fiziki məşqlər insanın ürəyincə olmur. Amma inkişaf etmək üçün, bu, mütləq lazımdır. Qazandığım qələbələr mənə motivasiya verir. Bəli, 2022-ci ildə biz titul qazana bilmədik. Lakin mən bu mövsüm çempionluğu hədəfləyirəm. Odur ki, yeni mövsümə daha da ciddi hazırlaşmaq lazımdır. Sükan arxasına qayıtmağı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, 2023 bizim ilimiz olacaq”.

Xatırladaq ki, 2019-cu ildən “Ferrari”nin uğurları üçün çalışan Şarl Lekler ötən mövsümün vitse-çempionudur.

Əlavə edək ki, “Formula-1” üzrə 74-cü dünya çempionatı martın 5-də Bəhreyndə start götürəcək. 23 mərhələdən ibarət yarışa noyabrın 26-da Abu-Dabidə yekun vurulacaq. Dünya çempionatının 4-cü mərhələsi olan Bakı Qran Prisi isə aprelin 30-da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31