3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Taekvondoçularımızdan 1 qızıl, 1 gümüş medal

Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürüb. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Futbolxeber.az saytının məlumatına görə, yığma üzvü Zəhra İsayeva (29 kq) mübarizəyə 1/4 finaldan başlayıb. İlk döyüşündə Elli Antoniounu (Kipr) məğlub edən taekvondoçumuz yarımfinalda Arijana İvanoviclə (Serbiya) üz-üzə gəlib. Bu dueldən də qalib ayrılan İsayeva finalda Efe Nazlı (Türkiyə) ilə qüvvəsini sınayıb. Təmsilçimiz uğurlu seriyasını davam etdirərək dayanqdan yenə qalib ayrılıb və  çempion tituluna yiyələnib.

Xuraman Cavadzadə də yarışı medalla başa vurub. 37 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Lilo Gameli (Fransa), ardınca Eyla Makası (Bosniya və  Herseqovina) məğlub edib. Cavadzadə yarımfinalda ermənistanlı Melanie Qrace Ayvazyana da gücünü göstərib. Rəqibinə heç bir şans verməyən taekvondoçumuz inamlı qələbə qazanıb. O, finalda isə Sofiya Hiniçlə (Xorvatiya) döyüşüb və rəqib üstün olduğundan gümüş medala layiq görülüb.

Beləliklə, yığmamız Avropa birinciliyinin ilk gününü 1 qızıl və 1 gümüş medalla başa vurub.

Qeyd edək ki, yarışa noyabrın 28-də yekun vurulacaq.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31