3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Ömər Cavadov xatirə turnirində gümüş medal qazandı

Noyabrın 15-17-si tarixlərində Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürüb.
 
Futbolxeber.az saytına Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda 16 ölkədən 72 atlet çıxış edir.
 
Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Körpücük üzərinə bu dəfə “Qartal” Ağır Atletika Klubunun nümayəndəsi İsa Rüstəmov və “Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndəsi Ömər Cavadov çıxıblar. Onlar 73 kq çəki dərəcəsində yarışıblar. 
 
İsa Rüstəmov 285 kq (130+155) nəticə ilə yarışda 6-cı yeri tutub.
 
Ömər Cavadov birdən qaldırma hərəkətində 138 kq-ı ram edib və bu hərəkətdə gümüş medal qazanıb. O, təkanla qaldırma hərəkətində 155 kq-ı qaldıraraq bu hərəkətdə 6-cı, toplam 293 kq (138+155) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31