3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

FİDE reytinqi Şəhriyar və Teymur gerilədi

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, norveçli dünya çempionu Maqnus Karlsenin (2856 xal) başçılıq etdiyi siyahıda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3 pillə geriləyib. 37 yaşlı qrossmeyster 2747 xalla 13-cüdür. Eyni xala malik Teymur Rəcəbov bir mövqe itirərək 16-cı olub. Qədir Hüseynov (2661) bir pillə irəliləyərək 84-cü yeri tutub. Nicat Abbasov (2646) 101-ci, Rauf Məmmədov (2646) 102-ci sıradadır.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2483) 3, Ülviyyə Fətəliyeva (2422) 6, Gülnar Məmmədova (2389) 11, Xanım Balacayeva (2384) 9 pillə irəliləyib. Məmmədzadə 18-ci, Fətəliyeva 39-cu, Məmmədova 62-ci, Balacayeva isə 66-cı sıradadır. Azərbaycan millisinin digər üzvü Gövhər Beydullayeva (2356) ilk "100-lüy"ə düşüb. O, 2356 xalla 98-cidir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31