29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Digər idman növləri

Güləşçimiz İslamiadanın qalibi oldu

Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunların qalibi olub.

Futbolxeber.az saytının məlumatına görə, 53 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda özbəkistanlı Aktenqe Keunimjayevaya 6:1 hesabı ilə qalib gələrək çempion adını qazanıb.

Daha əvvəl isə kişi sərbəst güləşçilərin 61 kq çəkisində çıxış edən İslam Bazarqanov finalda özbəkistanlı Cahangirmirzə Turabovla üz-üzə gəlib. Görüş 6:6 hesablı heç-heçə ilə başa çatsa da, xalların keyfiyyətinə əsasən, rəqibinə məğlub olan Bazarqanov gümüş medalla kifayətlənib.

Xatırladaq ki, Azərbaycanın sərbəst və qadın güləşçilərindən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq) və Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) isə bürünc medal qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30