29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

"İslamiadada yaxşı nəticə əldə edə bilərik"

"Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığımız yüksək səviyyədə davam edir. Komanda özünü göstərə bilsə, hər iki yarışda yaxşı nəticələr əldə edə bilərik".

Futbolxeber.az saytının məlumatına görə, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Pərviz Səmədov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis martda start verdikləri hazırlıq prosesinin plana uyğun getdiyini bildirib: "İlk olaraq geniş heyətlə fiziki və texniki məşqlərimiz olub. Ardınca isə yoxlama matçları oynadıq. Sınaq görüşlərindən razı qaldım. Keçirdiyimiz hər qarşılaşmada daha yaxşı oyun göstərə bildik. Bu gün oyunçularımız özlərinin ən yaxşı formalarındadırlar".

Səmədov bir həftə sonra ilk rəsmi matça çıxacaqlarını xatırladıb: "Hazırda son məşqlərimizi edirik. Danimarka və ardınca Türkiyə millisi ilə qarşılaşacağıq. İlk oyunlarımızı Bakıda oynamağımız bizim üçün böyük üstünlükdür. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə bu matçlarda uğurlu çıxış edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi avqustun 3-də AVRO-2023-ün seçmə mərhələsində Danimarkanı qəbul edəcək. V İslam Həmrəyliyi Oyunları 9-18 avqustda Türkiyənin Konya şəhərində keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30