2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Digər idman növləri

Qələbə şərhi: "Yaşasın Azərbaycan!"

İlk dəfə Azərbaycan bayrağı altında döyüş keçirən Rafael Fiziyev UFC-də braziliyalı Rafael dus Anyusa qalib gəldiyi görüşdən sonra fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, o, döyüşdən sonra deyib: "İndi biz UFC-də ən yaxşı Rafaelin kim olduğunu dəqiq bilirik. Bir halda ki, mən 5-ci raundda nokautla qalib gəlmişəm, mənə TOP-5-də olan rəqib verin".

O, daha sonra zarafatla deyib: "İdmanda isə kimin yaxşı olduğunu öyrənmək üçün Rafael Nadala çağırış edirəm". 

İdmançı çıxışını "Yaşasın Azərbaycan!" sözləri ilə bitirib.

Fiziyev ABŞ təmsilçisi Castin Geyci ilə döyüşmək niyyətində olduğunu da bildirib: "Geyci, başqa sarışınla üz-üzə gəlmək istəyirsənsə, aramızda kimin ən yaxşı olduğunu öyrənək. Bu, hər ikimiz üçün yaxşı mübarizədir. Hazırsansa, qorxmursansa və boş-boş danışmayacaqsansa, getdik. Yaşasın Azərbaycan!"

Xatırladaq ki, Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda Anyusu nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31