3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın bədii gimnastları Arzu Cəlilova və Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, Cəlilova topla hərəkətlərdə 31.000, halqa ilə çıxışında 32.050 xala layiq görülüb. Gimnast hər iki növdə təsnifat mərhələsində üçüncü olub və finala vəsiqə qazanıb.

Ağamirova isə topla hərəkətlərdə 29.650 xal toplayıb və 12-ci yerlə kifayətlənib. O, yalnız halqa ilə çıxışında 31.650 xalla 4-cü olub və finalda iştirak hüququ qazanıb.

İki çıxışın cəmində Arzu Cəlilova 63.050 xalla üçüncü, Zöhrə Ağamirova isə 61.300 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu növlərdə finallar aprelin 24-də olacaq (Report).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31