3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Şəhriyar Məmmədyarovun ilk rəqibi müəyyənləşib

Azərbaycan şahmatçı Şəhriyar Məmmədyarovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsindəki ilk rəqibi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup" adlanan turnirdə birinci görüşünü çinli Le Kuanq Lyeyə qarşı keçirəcək. 

Bu gün start götürəcək yarışda ümumilikdə 8 idmançı yarışacaq. İştirakçılar arasında Məmmədyarov, Lye və Karlsenlə yanaşı, Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa), Ramebabu Praqnanandha (Hindistan) və Erik Hansen (Kanada) iştirak edəcəklər.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dolları təşkil edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31