2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Güləşçimiz erməniyə qalib gəldi

Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizə mübarizəyə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 77 kq-da çıxış edən Sənan Süleymanov 1/8 finalda İlye Kojokariyə (Rumıniya) qalib gəlib. Onun növbəti rəqibi Malkhas Amoyan (Ermənistan) olacaq.

87 kq-da yarışan İslam Abbasov 1/8 finalda Matey Mandiçi (Xorvatiya) məğlub edərək, Zurab Datunaşviliyə (Serbiya) rəqib olub.

Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Mixaylo Vişnivetskini (Ukrayna) mübarizədən kənarlaşdırıb. 1/4 finalda erməni David Ovasapyanla qarşılaşan idmançı inamlı qələbə qazanıb - 5:1. Kandelaki yarımfinalda Rza Kayaalpla (Türkiyə) görüşəcək.

63 kq çəki dərəcəsindəki Taleh Məmmədov ilk görüşdə Ahmet Uyara (Türkiyə) eyni hesabla qalib gələrək, adını yarımfinala yazdırıb. Məmmədovun bu raunddakı rəqibi Hraçya Poqosyan (Ermənitsan) olacaq.

Mübarizəyə 1/4 finaldan start verəcək Eldəniz Əzizli (55 kq) Denis Mihay (Rumıniya) - Sebastyan Kolompar (Serbiya) görüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31