2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Hacı Əliyev: “4-cü dəfə Avropa çempionu olmaq üçün tam hazır deyildim”

“Bu gözəl qələbə münasibətilə xalqımızı təbrik edirəm. Həqiqətən də, uşaqlarımız çox yaxşı güləşdilər”.

Futbolxeber.az saytının məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatındakı çıxışlarına münasibət bildirərkən deyib.

65 kq çəki dərəcəsində gümüş mükafata yiyələnən Əliyev Vətənə döndükdən sonra brifinqdə təəssüratlarını bölüşüb. 31 yaşlı pəhləvan hədəfinin olimpiya çempionluğu olduğunu söyləyib: “Olimpiadadan sonra bir neçə ay fasilə götürdüm. İstirahəti başa vurduqdan sonra düşündüm ki, cəmi 2 ildən sonra növbəti Olimpiya Oyunlarıdır və Paris-2024-də iştirak edə bilərəm. Artıq gələn il ilk lisenziya yarışı olacaq. AÇ öncəsi millinin sonuncu təlim-məşq toplanışında iştirak etdim. 4-cü dəfə Avropa çempionu olmaq istəyirdim. Ancaq tam hazır deyildim. Şükür Allaha, yenə də medalsız gəlmədim. Yaxşı nəticə göstərdim. Hədəfim Olimpiya çempionu olmaqdır. İnşallah, Parisdə qızıl medal qazanaram”.

Üçqat Avropa çempionu budəfəki qitə birinciliyinin finalında macarıstanlı İsmail Musukayevə məğlubiyyətinin səbəbini açıqlayıb: “Musukayev yaxşı rəqibdir. İlk hissədə ayağım ilişdi və “xaç” fəndinə görə rəqib 6 xal qazandı. Özümdən asılı olmadan bu vəziyyətə düşdüm. Onun məndən güclü və məğlubedilməz olduğunu düşünmürəm. Sadəcə, bu dəfə görüş alınmadı. Bu, Olimpiadadan sonra ilk yarışım idi. Məndən fərqli, digər komanda yoldaşlarımın yarış təcrübəsi var idi. Bu da finalda rol oynadı”.

O, Avropa çempionluğunu qazanan komanda yoldaşı Maqomedxan Maqomedov (97 kq) tərifləyib: “Maqomedxan güclü güləşçidir. Üzərində çalışsa, olimpiya çempionu ola bilər. Ancaq tək o yox, başqa olimpiya çempionu ola biləcək güləşçilərimiz də var. Heyətimizdə də, məndən başqa hamısı gəncdir. Avropa çempionatındakı qələbə Paris-2024-də bizi yaxşı nəticələrin gözlədiyini göstərir” (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31