2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Azərbaycanda bu federasiyaların statusu dayandırıldı

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. 

Futbolxeber.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iclasın gündəliyinə əsasən, mart ayı ərzində keçirilmiş bir sıra tədbirlərin hesabatı və müvafiq qərarlar qəbul edilib.

İclasda həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.

Kollegiyanın qərarına əsasən, “Azərbaycan Üzgüçülük Federasiyası” İB, “Azərbaycan Velosiped  İdmanı Federasiyası” İB, “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İB, “Azərbaycan Respublikası Həndbol Federasiyası İB, “Azərbaycan Boks Federasiyası” İB, “Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası İB akkreditasiyaları təsdiqlənib.

Bundan başqa, “WKC növləri üzrə Azərbaycan Karate Federasiyası” İB, “Şito-Ryu Karate-Do Federasiyası” İB, “Azərbaycan Coriyo Kunq-Fu Federasiyası” İB, “Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası” İB, “Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası” İB, “Azərbaycan Skayraninq Federasiyası” İB, “Azərbaycan Boulinq İdman Federasiyası” İB, “Azərbaycan Respublikası Əməyi və Vətəni Müdafiəyə Hazıram Kompleksi və Çoxnövçülüyü üzrə Federasiyası” İB, “Azərbaycan Aykido Federasiyası” İB və “Azərbaycan Dama Federasiyası” İB, “Alpinizm Federasiyası” İB, “Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası” İB, “Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası” İB və “Budo Döyüş Növləri Federasiyası” İB-nin federasiya statusları dayandırılıb.

Xatırladaq ki, bir-neçə aydır nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 17-yə çatıb. Ümumilikdə, 19 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31