2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Dörd güləşçimiz Avropa çempionatının finalında

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, qitə birinciliyində ilk öncə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.

Maqomedxan Maqomedov (97 kq) AÇ-yə litvalı Lukas Krasauskas üzərində qazandığı inamlı qələbəylə (12:2) start verib. Təmsilçimiz 1/4 finalda Elizbar Odikadzeyə (Gürcüstan), yarımfinalda Zbiqniev Mateuş Baranovskiyə (Polşa) qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşacaq.

Əşrəf Aşırov (79 kq) ilk mərhələdə bolqar Miroslav Kirova heç bir şans tanımayıb - 9:0. Həmyerlimiz 1/4 finalda Arman Avaqyana (Ermənistan), yarımfinalda Vladimeri Qamkrelidzeyə (Gürcüstan) qalib gəlib. 

Əliabbas Rzazadə (57 kq) Levan Metreveli (İspaniya), Mikyay Salim Naim (Bolqarıstan), Beka Bujiaşviliyə (Gürcüstan) qalib gələrək finala yüksəlib. İdmançımızın finaldakı rəqibi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olacaq.

Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Millimizin liderinin bu mərhələdə türkiyəli Munir Aktaşı 12:6 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Titullu güləşçimiz final yolunda moldovalı Maksim Sakultanı sınağa çəkib. 12:2 hesabı ilə qalib gələn idmançımız finala yüksəlib. O, qızıl medal uğrunda döyüşdə macarıstanlı İsmail Musukayevlə qarşılaşacaq.

Qeyd edək ki, final görüşləri martın 29-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31