28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Nəriman Abbasov Həbib Nurməhəmmədov qohumunu nokautla etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirib.

Futbolxeber.az saytnını məlumatına görə, o, tanınmış MMA döyüşçüsü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayıb.

Yüngül çəki dərəcəsində “AMC Fight Nights” çempionu olan Abbasov titul döyüşündə  rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşıb.

Rusiyanın paytaxtı Moskvada təşkil olunan döyüşün taleyini ilk raundda həll edən Nəriman texniki nokautla qalib gəlib. İdmançımız bununla da “AMC Fight Nights”ın çempionu titulunu qoruyub.

Bu, Həbib Nurməhəmmədovun yeznəsi olan Zavurovun vida görüşü olub. Nurməhəmmədov Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif edib.

Sözügedən görüş isə Abbasovun karyerasında 30-cu döyüş olub. Yalnız üç dəfə uduzan idmançı 27-ci qələbəsini qazanıb

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30