2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

“Velosiped idmanında gender bərabərliyi” mövzusunda təlimlər başa çatdı

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində BMT-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yeniyetmə və gənclər arasında velosiped idmanına marağı artırmaq və bu idman növündə gender bərabərliyini təmin etmək məqsədi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası, “Gənc Velosipedçilər” İctimai Birliyi və Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı ilə regionlarda “Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi” mövzusunda təlim-seminar və veloyürüşlər başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, Biləsuvar rayonunda təşkil olunan sonuncu layihə çərçivəsində qadınların bu idman növünə cəlb edilməsi, velosiped idmanının gender əsaslı zorakılığa qarşı mübarizədə qızların və qadınların maarifləndirilməsi baxımından əhəmiyyətindən, bu idman növünün qadın reproduktiv sağlamlığında rolu və ondan düzgün istifadə qaydalarından bəhs edilib.

Seminar zamanı gənc qızlara əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Yeniyetmə və gənclərə bu idman növündən və qadın hüquqlarından bəhs edən kitablar və müxtəlif çap materialları paylanılıb. Daha sonar seminar və təlimlərdə iştirak etmiş qızların iştirakı ilə Biləsuvar rayonunda veloyürüş keçirilib. Qeyd edək ki, layihə çərçivəsində Mingəçevir, Qusar və Lənkəranda da anoloji tədbirlər təşkil olunub.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31