2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

IV İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Ümumdünya Kapoeyra Federasiyasının (ÜKF) və “Park Bulvar” Əyləncə Mərkəzinin təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilib.
 
Futbolxeber.az-ın məlumatına görə, Tədbirdə IV İslam Həmrəyliyi Oyunlarının könüllülərinin iştirakı ilə kapoeyra idman növünün ustaları, müəllim və yığma komandanın üzvləri müxtəlif nümunəvi çıxışlar göstərib, master-klasslar təşkil edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə açıq elan olunub. Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Ümumdünya Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov İslam Həmrəyliyi Oyunları haqqında ətraflı məlumat verib və ölkəmizdə bu oyunlara digər idman növləri üzrə də dəstək aksiyalarının keçirilməsi vurğulanıb.
 
Bildirilib ki, kapoeyra idman növü ölkəmizdə sevilən, maraq göstərilən idman növüdür və ÜKF-nın rəhbərliyinə həmvətənimizin seçilməsi ölkə idman siyasətinin növbəti uğuru kimi qiymətləndirilir.
 
Tədbirin sonunda bədii-əyləncəli proqram təqdim etdirib. (AZƏRTAC)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31