2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

“Qəbələ”nin boksçusu Riqada rinqə çıxacaq

"Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək. Futbolxeber.az saytının məlumatına görə, təmsilçimiz iyulun 31-də Latviyanın paytaxtı Riqada təşkil olunan boks gecəsində debüt edəcək. İdmançımız 5 min tamaşaçı tutan “Riqa Arena”da keçiriləcək peşəkarların 7 döyüşündən birinin iştirakçısı olacaq. Ağır çəki dərəcəsində çıxış edəcək 30 yaşlı idmançımız rusiyalı Vladimir Qonçarovla qarşılaşacaq. Öncədən Atakişiyevin latviyalı Kristap Breydislə görüşməsi nəzərdə tutulsa da, sonradan təşkilatçılar boksçumuzun rəqibini dəyişib. Onun rusiyalı rəqibi karyerasında 8 peşəkar döyüş keçirib və bunların 5-də qalib gəlib. Üç məğlubiyyəti olan 31 yaşlı Qonçarov peşəkar rinqdə 39 raund döyüşüb.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31