Minifutbol
İlham Əliyev Xankəndidə idmançılarla görüşüb
Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.
Futbolxeber.az saytının "Azərtac"a istinadən verdiyi məlumata görə, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Xoş gəlmisiniz Xankəndiyə!
İdmançılarla ənənəvi görüşü bu il Xankəndidə keçiririk. Bunun çox böyük mənası var. Sizi, ilk növbədə, əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Siz öz zəhmətinizlə dövlətimizin idman şöhrətini göylərə qaldırmısınız və Azərbaycan dövləti də sizi mükafatlandırmaqda tam haqlıdır, çünki siz buna layiqsiniz.
Bu gün burada düzülən mükafatlar, mənzillərin orderləri, digər mükafat növləri sizə işğaldan azad olunmuş Xankəndi şəhərində tarixi futbol matçının fasiləsində təqdim edilir. Bu münasibətlə sizi ürəkdən təbrik etmək istəyirəm.
Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir.
Mən bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Mən sizi buraya dəvət etməklə sizə öz münasibətimi, hörmətimi bildirmək istəmişəm. Bu görüşü biz Bakıda da keçirə bilərdik. Ancaq hesab etdim ki, bu görüşün burada keçirilməsi və sizə bu yüksək mükafatların burada verilməsi tam ədalətli olacaqdır. Bir daha təbrik edirəm.
Sonra xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti həmişə olduğu kimi, bu il də idmançılarımızı sevindirib. Belə ki, dekabrın 20-də Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 1 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 17 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə 3 nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Həmçinin ölkə idmanının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 4 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib. İdman ictimaiyyətinin 29 nümayəndəsinə isə mənzil verilib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
-
22:15
"Araz-Naxçıvan"ın iki futbolçusu məşqləri bərpa etdi
-
21:44
Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirdi
-
21:22
Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
17:59
33-cü turun hakim təyinatları
-
17:07
Azərbaycanı Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
-
16:41
U-17 və U-19 millilərimizin rəqibləri bəlli oldu
-
15:18
Bakıda Avropa çempionatı keçiriləcək
-
15:05
Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
-
14:53
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularından uğursuz çıxış
-
13:34
Rəqibi təpiklə vuran futbolçunun cəzası açıqlandı
-
13:26
AFFA öz futbolçularını təhqir edən baş məşqçini cəzalandırdı
-
13:10
“Turan Tovuz”un müdafiəçisi 4 oyunluq cəzalandırıldı
-
12:22
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
-
12:04
Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb
-
11:39
Millimizin baş məşqçisi məğlubiyyəti şərh etdi
-
10:51
I Liqanı tərk edəcək komanda müəyyənləşib
-
10:28
Azərbaycan birinciliyinin final oyunlarının vaxtı müəyyənləşib
-
10:03
"Roma" "Bayer"lə bacarmadı VİDEO
-
09:47
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
-
09:30
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
22:21
"Şamaxı" "Zaqatala"ya qalib gəldi VİDEO
-
21:56
Millimiz Belarusa məğlub oldu
-
21:39
“Neftçi” mübarizəni dayandırdı
-
19:43
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar
-
19:12
"Qaradağ Lökbatan" 3 xalı 3 qolla qazandı VİDEO
-
18:27
“Qaradağ-Lökbatan” və “Şamaxı”dan qələbə
-
18:06
"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb
-
17:45
Mohammed Kadiri: “Nəinki "Zirə, istənilən rəqibə qalib gələ bilərik”
-
16:38
İspaniyalı baş məşqçi: "Prezident Kuboku”nda iştirak hər bir idmançı üçün yaxşı təcrübə olacaq"
-
16:13
Yüksək Liqada mövsüm başa çatdı
-
15:00
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
-
14:49
"Prezident Kuboku": Azərbaycan avarçəkəni qızıl medal qazandı
-
14:22
"Neftçi" “Qarabağ”la matçın hazırlığını davam etdirir FOTOLENT
-
14:15
Millimizin sabiq üzvü “Əl-İttihad”da
-
13:07
Türkiyə avarçəkəni: “Prezident Kuboku” turniri həyəcanlı və maraqlı keçir"
-
12:31
Aygül Abdullayeva Estoniyada ən yaxşı hakimi seçilib
-
12:12
"Səbail" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:58
Klublar Komitəsinin növbəti iclası keçirilib
-
11:26
Avarçəkmə üzrə "Prezident Kuboku”nda ikinci yarış gününə start verilib
-
11:03
Fərid Mansurov: "Prezident Kuboku-2024"də azarkeş qismində iştirak etmək qürurvericidir"
-
10:34
"Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik"
-
10:12
Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər
-
09:59
"Traktor" əzəli rəqibi ilə heç-heçə etdi
-
09:47
"Borussiya" PSJ-ni məğlub etdi VİDEO
-
09:30
Minifutbol millimiz beynəlxalq turnirin qalibi oldu
-
18:19
Abu Dosso: “Sumqayıt”ın potensialı avrokuboklarda oynamağa imkan verir”
-
17:58
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb
-
17:42
Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında
-
17:25
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşüb
-
17:03
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşib