29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Minifutbol

"Qəbələ"dən alqışlanası addım

“Qəbələ” İdman Klubu və İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə internat şagirdlərinin cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədilə görüş keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Buzovnada yerləşən 8 nömrəli inteqrasiya təlimli internat məktəbində təşkil olunan tədbirdə “Qəbələ” İK-nin ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayev, klubun Media və Marketinq Departamentinin rəhbəri Asəf Zeynallı, İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov və əsas komandanın futbolçuları – Urfan Abbasov, Lukas Afriko, Əyyub Allaş, Ülvi İsgəndərov, Kristof Atanqana iştirak ediblər.

Onlar məktəblilərlə görüşüb və xatirə şəkilləri çəkdiriblər. Tədbir zamanı futbolçularla oynayan uşaqlar topla öz istedadlarını nümayiş etdiriblər. “Qəbələ” İK-nin Futbolda Sosial Məsuliyyət strategiyası çərçivəsində təşkil olunan görüşdə fərqlənənlərə hədiyyələr təqdim edilib.

“Qəbələ”nin sosial layihələrə hər zaman xüsusi önəm verdiyini vurğulayan ümumi işlər üzrə koordinator Səbuhi Qarayev internat uşaqlarının cəmiyyətə inteqrasiyasına dəstək olmağın vacibliyini qeyd edib.

“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov isə məktəblilərin bu cür layihələrdə iştirakının, onların dünya görüşünün, fiziki, psixoloji və mənəvi sağlamlığının artırılmasında önəmli rol oynadığını bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30