3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

“Səbail”dən yeni layihə: Hər oyunda 1 ithaf!

“Səbail” klubu yeni layihəyə start verib.
 
Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2023/2024 mövsümündə keçiriləcək hər ev oyunu Azərbaycanın tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyət və incəsənəti ilə bağlı əlamətdar günlərə, həmçinin, beynəlxalq səviyyədə qeyd olunan müəyyən tədbirlərə həsr olunacaq.
 
Layihənin məqsədi futbolun cəmiyyətdə təkcə idman növü kimi assosiasiya olunmaması, həyatın müxtəlif sferalarına inteqrasiyası, tarix, mədəniyyət, incəsənət və digər sahələrin futbol vasitəsilə fərqli prizmadan gündəmə gətirilməsidir.
 
Premyer Liqanın I turunda, avqustun 5-də “ASCO Arena”da “Sumqayıt”la keçiriləcək qarşılaşma Azərbaycan Kinosu Gününə həsr olunacaq.
 
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31