3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

Futbolun İnkişaf Fondu daha bir bölgə klubuna sponsor tapdı

“İmişli” PFK ilə “RDC” MMC arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb.

Futbolxeber.az saytının məlumatına görə, bu gün Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə baş tutan imzalanma mərasimi Fondun icraçı direktoru Tural Piriyevin açılış nitqi ilə başlayıb:

“Biz sponsorluq danışıqlarının aparılmasına xüsusi həssaslıqla yanaşırıq. Çalışırıq ki, hər zaman həm klub, həm də sponsor üçün faydalı tərəfdaşlıq olsun. Tərəfdaşlıq razılaşmasının hər detalına xüsusi diqqət ayırırıq ki, uzun müddət çəkən danışıqlar, uzunömürlü tərəfdaşlıq olması üçün zəmin yaratsın”.

İmzalanma mərasimində tərəfdaşlıq müqaviləsini “İmişli” futbol klubunun İdarə Heyətinin sədri Aqşin Mürsəlov və “RDC” MMC-nin direktoru Kamran Eyyubov imzalayıblar. Müqaviləyə əsasən, “RDC” MMC “İmişli” PFK-nın baş sponsoru qismində çıxış edəcək.

Qeyd edək ki, 2018-ci ildə təsis olunan “RDC” MMC müxtəlif sektorlarda, kiçik, orta və böyük şirkətlərə topdan ticarət və konsaltinq üzrə xidmətlərlə fəaliyyət göstərir.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31