3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

Rasim Rəfiyevin 75 illik yubiley mərasimi keçiriləcək

“Neftçi” PFK-nın sabiq rəhbərlərindən biri, 1994-1999-cu illər ərzində klubun əsas sponsoru olmuş və vitse-prezidenti vəzifəsini icra etmiş mərhum Rasim Rəfiyevin 75 illik yubileyi təşkil olunacaq.

Futbolxeber.az saytının məlumatına görə, tədbir iyunun 24-də Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”da baş tutacaq. Öncə saat 13:00-da Rəfiyevin Yasamal rayonunda yerləşən məzarı futbol veteranları tərəfindən ziyarət olunacaq, ardınca saat 18:00-da isə “Dalğa Arena”da xatirə matçı keçiriləcək.

Qeyd edək ki, Rasim Rəfiyev “Neftçi”ni klubun ağır dövründə - 1994-cü ilin yayında himayəyə götürüb. Flaqmana hər cür dəstək göstərən Rəfiyev komandanın həmin dönəmdəki uğurlarında əsas pay sahiblərindəndir. “Neftçi” onun vitse-prezident olduğu dövrdə Azərbaycan çempionatının (1995/1996, 1996/1997), kubokunun (1995/1996, 1998/1999) və Superkubokunun (1995) qalibi olub. Rasim Rəfiyev 6 noyabr 2000-ci ildə vəfat edib.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31