2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Minifutbol

"Qarabağ" "Qalatasaray"la oyundan əldə olunan gəliri açıqladı

 
"Qarabağ"ın "Qalatasaray"la Bakıda keçirdiyi xeyriyyə matçından (1:2) əldə olunan vəsaitin məbləği müəyyənləşib.
 
Futbolxeber.az saytının Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əvvəlcədən də bəyan edildiyi kimi, qazanılan pul Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.
 
Görüşdən ümumilikdə 1.090.455  AZN, təxminən 12.336.000  Türkiyə Lirəsı əldə olunub. Bu gəlirlərdən bəziləri (Türkiyədə oyunun yayım hüququndan gələn və Türkiyədən verilmiş reklam gəlirləri) "Qalatasaray" tərəfindən açılmış yardım hesabına köçürüləcək.
 
Bilet satışı, meydan ətrafı reklam gəlirləri, həmçinin Azərbaycanda yayım haqqından gələn və digər gəlirlər isə qısa zamanda Türkiyədəki uyğun hesaba göndəriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31