3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

O əsgər “Qarabağ”ın bazasında...

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı sosial mediada gündəm olan hərbçilərimizdən biri də Murad Hüseynov idi.

Futbolxeber.az saytının məlumatına görə, müharibənin ilk günlərində Türkiyənin "A Haber"ə müsahibə verən M.Hüseynov demişdi ki, ən böyük arzusu işğal altındakı torpaqlarımızın azad olunması və Xankəndidə “Qarabağ”la “Qalatasaray” arasında görüşün keçirilməsidir.

Vətən müharibəsinin iştirakçısı olan Murad Hüseynovun arzuları gerçəkləşməkdədir. Azərbaycan müharibədə Zəfər qazandı. Əminik ki, tezliklə üçrəgli bayrağımız Xankəndi şəhərində də dalğalanacaq.

M.Hüseynovun sevimli komandası “Qalatasaray” isə tezliklə “Qarabağ”la oyun üçün ölkəmizə səfər edəcək. Martın 26-da Bakı Olimpiya Stadionunda hər iki komanda arasında xeyriyyə matçı keçiriləcək. Oyundan əldə edilən gəlir Türkiyədə zəlzələdən zərər çəkənlərə ayrılacaq.

Bu gün M.Hüseynov “Qarabağ” klubunun bazasına dəvət olunub. Klub nümayəndələri onunla görüşüb, qarşıdakı görüşü canlı izləmək üçün matça dəvət ediblər. M.Hüseynov klubu ziyarət zamanı futbolçu Qara Qarayevlə görüşüb (Qol.az)

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31