3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

PFL loqo müsabiqəsinin qalibini mükafatlandırdı

Peşəkar Futbol Liqasının elan etdiyi loqo müsabiqəsinin qalibi mükafatlandırılıb. 

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, ən yaxşı loqonu hazırlayan Fərhad Sultanov 2000 manat pul mükafatı qazanıb. 

Sultanov qələbəsiylə bağlı təəssüratlarını bölüşüb: “Müsabiqəni təşkil etdiyiniz üçün təşəkkür edirəm, iştirak etmək çox xoş oldu. Qələbə hissi əvəzolunmazdır. Böyük rəqabət içində seçilmək insana əla motivasiya verir. Gələcəkdə hazırladığım loqonun bir çox yerlərdə qarşıma çıxacağını bilmək məni xoşbəxt edir. Peşəkar Futbol Liqasının loqosu indiyə kimi hazırladıqlarımın içində ən yaxşılardandır deyə düşünürəm. Məncə, qələbəmdə, loqonun ruhunu aşılamağımda yeniyetmə yaşlarımda futbolla məşğul olmağım böyük rol onadı. Məlumatlı olduğum sahə üzrə iş görmək, onu yaşayaraq etmək insana zövq verir. Azərbaycan futbolunu yaxından izlədiyim üçün loqoda nəyə əsaslanacağımı qərar verməkdə çətinlik çəkmədim. Alov, top, butanı bir model içində göstərməyə çalışdım. Hazırladığım loqo bir dünyadır, içində top təsvir olunub. Kürənin içində butanı bir simvol kimi göstərmişəm. Həmçinin milli atribut olaraq alovdan istifadə etmişəm. İnanıram ki, PFL-in yeni loqosu uğurlu olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31