2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

Qriqorçuk: “Futbol arxa plana keçib”

Odessa "Çernomorets"inin baş məşqçisi Roman Qriqorçuk komandasının futbolçularının hazırkı durumu haqda açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o, “Futbol” telekanalına müsahibəsində Ukraynadakı müharibənin ölkə futboluna və komandasına təsiri barədə danışıb.

“Hazırda komandanın sabit olduğu bir yer yoxdur. Çünki vəziyyət ağırdır. Legionerlərlə bağlı vəziyyət başadüşüləndir. Onlar getdilər. Yaxşı haldır ki, legionerlərimizin çoxu indi komandalara düzəlib, oynamaq, məşq etmək imkanları var. Düşünürəm ki, digər komandaları oyunçuları ilə bağlı vəziyyət də eynididir. Mən onlarla söhbət etmişəm. Başa düşürəm ki, hər kəs ilk növbədə ailəsi, övladları haqqında düşünür.

Futbol indi arxa plandadır. Amma düşünürəm ki, idmançılar hələ də formada qalmaq, fərdi məşq etmək üçün müəyyən imkanlar tapırlar. Aydın məsələdir ki, futbolçu çox şey itirir. Bu, idmançılar üçün ciddi zərbədir. Onların psixoloji vəziyyəti də nəzərə alınmalıdır. Futbolçular üçün futbol və peşəkar itkilər çox böyükdür”, - deyə “Qəbələ”nin keçmiş baş məşqçisi bildirib.

Qriqorçuk onu da deyib ki, müharibə nə qədər tez bitsə, futbol və Ukrayna çempionatı bir o qədər tez bərpa olunacaq. 

Xatırladaq ki, R.Qriqorçuk 2015-18-ci illərdə “Qəbələ”nin baş məşqçisi olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31