2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

UEFA prezidenti azərbaycanlı könüllülərə təşəkkür etdi

UEFA prezidenti Aleksander Çeferin Avropa çempionatının oyunlarına ev sahibliyi edən ölkələrin könüllülərinə təşəkkür edib.
 
Futbolxeber.az-ın məlumatına görə, sloveniyalı funksioner qurumun rəsmi saytına açıqlamasında onların işini yüksək qiymətləndirib.
 
Çeferin turnirin uğurlu alınmasında könüllülərin böyük rolu olduğunu vurğulayıb: "11 şəhərin hamısında, istər fan-zonalarda, istərsə də stadionlarda işçilərimiz və könüllülərimiz arasında fəxr edə biləcəyimiz birlik və komanda işi ruhunu görürük. Ümid edirəm ki, turnir onların hər birinə bir sıra unudulmaz xatirələr bəxş etdi".
 
Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun Uels - İsveçrə, Türkiyə - Uels və İsveçrə - Türkiyə oyunlarına, həmçinin 1/4 final mərhələsinin Çexiya - Danimarka matçına ev sahibliyi edib ("Report").
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31