2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

Hafiz Məmmədov 56 yaşında!

Bu gün “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun ad günüdür.

Futbolxeber.az saytının məlumatına görə, Hafiz Məmmədovun 56 yaşı tamam olur.

O, 2004-cü ildən etibarən “Bakı” klubunun prezidentidir. Hafiz Məmmədovun rəhbərliyi altında komanda 2 dəfə ölkə çempionu olub, 3 dəfə kuboka sahib çıxıb, həmçinin Avroliqanın play-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Hafiz Məmmədov 8 böyük futbol meydançası olan və 300 uşağın təlim aldığı futbol akademiyasından ibarət möhtəşəm bir futbol bazasını Azərbaycan futboluna təqdim edib. Hal-hazırda bu akademiyanın məzunlarından 40-ı Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalarında forma geyir. “Bakı”nın yetirmələrinə Premyer Liqa və I divizionun əksər klublarında rast gəlmək mümkündür.

Hafiz Məmmədov uğurlu iş adamı olması ilə bərabər, Azərbaycanın dünyada təbliği yönündə də böyük işlər görüb. İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubları ilə əməkdaşlıq sayəsində hər iki Avropa ölkəsində, eləcə də bütün dünyada ölkəmizi yüz minlərlə insanlar tanıyıb. Hər iki klubun oyun formasında "Azerbaijan - Land of fire" loqotipi görüntülənib.

Biz də Hafiz bəyi doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik.

Ad gününüz mübarək, Hafiz bəy!

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31